Nazirdən cəbhə bölgəsində fəaliyyəti dayandırılan məktəblərlə bağlı VACİB AÇIQLAMA

“Cəbhə bölgəsində fəaliyyəti dayandırılan 420 məktəbin dərs cədvəllərinin dəyişdirilməsi nəzərdə tutulur”.
Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin məktəblərdə bu gün dərs keçmək mümkün olmasa, 3-4 gün sonra mümkün olarsa, dərslər bərpa ediləcək:
“Üç rayonda bütün məktəblər fəaliyyətini dayandırıb, 11 rayonda isə yerləşmə yerindən asılı olaraq bəzi məktəblərin dayandırılması qərarı verilib”.