Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan odlu silah aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Firudin Tağıyevdən  bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button