Neftçalada narkokuryer saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb. Ondan bir kiloqramdan artıq tiryək və heroin aşkarlanıb.

Bu barədə  Polise.az -a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Araşdırma zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən olunub.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button