Netanyahu: Fələstin dövləti qurulmayacaq

Bir neçə dövlətin Fələstin dövlətçiliyini tanımaq qərarı terrorçular qarşısında biabırçı kapitulyasiyadır.

Polise.az  xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“Bu addımlar İsraili heç nəyə məcbur etmir. Fələstin dövləti qurulmayacaq”, – Netanyahu ofisinin qısa bəyanatında deyilir.

Qeyd edək ki, daha əvvəl Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstini tanıdıqlarını bəyan edib. Sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya oxşar qərar qəbul edib. Bu ölkələr iki dövlətli həll prinsipinin həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin əsası kimi gördüklərini vurğulayıblar.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button