Netanyahu: HƏMAS-ın beş yüksək rütbəli əməkdaşı öldürülüb

İsrail Müdafiə Qüvvələri ( İDF ) Fələstin hərəkatının atəşkəsi pozmasına cavab olaraq Qəzza zolağında HƏMAS-ın beş yüksək rütbəli üzvünü öldürüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib .
“Bu gün (22 noyabr – red) HƏMAS yenidən atəşkəs rejimini pozaraq, İsrailin nəzarətində olan əraziyə hücum edib. Buna cavab olaraq İsrail HƏMAS-ın beş yüksək rütbəli terrorçusunu məhv edib”, – o deyib.
Netanyahunun sözlərinə görə, İsrail atəşkəs rejiminə tam əməl edir: “Saziş imzalanandan bəri onlarla HƏMAS döyüşçüsü hücumlar həyata keçirmək üçün İsrail sərhədlərini keçib.
Xatırladaq ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 29-da Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani bəyan edib ki, münaqişədə olan hər iki tərəf atəşkəsə riayət etmək öhdəliyini ifadə edib.
Polise.az


