Netanyahu: HƏMAS liderlərinin öldürülməsi sülh sazişini imzalamaq şansını artırır

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs rejiminin bərqərar olmasına, həmçinin girovların azad edilməsinə dair sazişin imzalanmasının mümkünlüyü nəinki sıfıra enməyib, əksinə, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Beyrutda “Hizbullah”ın hərbi qanadının komandirlərindən olan Fuad Şükürün öldürülməsindən sonra artıb.

Polise.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Time” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda anlaşmaya mane olan “radikal elementlər” yoxdur.

Bununla belə, B. Netanyahu İsrailin HƏMAS Siyasi bürosu rəhbərinin ölümündə iştirakı ilə bağlı hər hansı şərh verməkdən yayınıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button