Netanyahu “Hizbullah”a qarşı əməliyyatların davam edəcəyini açıqlayıb

İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”a qarşı hərbi kampaniyanın davam etdiriləcəyini bəyan edib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, Benyamin Netanyahu İsrail qoşunlarının Livanın cənubundakı mövqelərinə səfər edib.
Səfər zamanı onu müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi, general-leytenant Eyəl Zamir və Şimal hərbi dairəsinin komandanı, general-mayor Rafi Milo müşayiət edib.
Səfərin yekununda Netanyahu bildirib ki, “Hizbullah”ın hərbi qanadına qarşı əməliyyatlar davam etdiriləcək. Onun sözlərinə görə, hərbi fəaliyyətlər, o cümlədən Livandakı təhlükəsizlik zonasının daxilində də davam edir.
Netanyahu iddia edib ki, İsrailin “Hizbullah”a qarşı zərbələri Livandan mümkün hücumun qarşısını almağa kömək edib. O əlavə edib ki, İsrail ordusu tank əleyhinə hücumlar və uzaqmənzilli raket təhdidlərinə qarşı mübarizəni davam etdirir, lakin görüləcək işlər hələ çoxdur.
Polise,az



