Netanyahu “İran məhv edilməlidir” dedi

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və Tehran arasında danışıqlar davam etdiyi ərəfədə İranın nüvə proqramının məhv edilməli olduğunu bəyan edib.
 Netanyahu bu barədə sosial media hesabında video yayımlayıb.
O, İran lideri Ayətullah Əli Xamneyinin açıqlamalarına toxunaraq iddia edib ki, İran ABŞ-la danışıqlar davam edərkən İsraili məhv etməyi hədəfləyir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların ilk mərhələsi səkkiz illik fasilədən sonra aprelin 12-də Omanda keçirilib. İkinci mərhələnin isə aprelin 19-da keçiriləcəyi gözlənilir.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button