Netanyahu: İran məni və həyat yoldaşımı öldürməyə cəhd etməklə çox böyük səhvə yol verdi

İsrailin Baş naziri Benyamin Netanyahu Qeysəriyyə şəhəri yaxınlığında PUA hücumu zamanı “İranın agentləri”nin onu və həyat yoldaşını öldürməyə cəhd etdiyini bildirib.

APA xəbər verir ki, hökümət başçısı bu barədə “X” hesabında yazıb.

“Bu gün məni və həyat yoldaşımı öldürməyə çalışan İran agentləri çox böyük səhv etdilər. Bu, məni və İsrail dövlətini düşmənlərimizə qarşı müharibəni davam etdirməkdən çəkindirməyəcək”, – Netanyahu qeyd edib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button