Netanyahu: İran rejimi heç vaxt indiki qədər zəif olmayıb

İran rejimi heç vaxt indiki qədər zəif olmayıb.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu İran xalqına videomüraciətində bildirib.

O, iranlıları ayağa qalxmağa və səslərini eşitdirməyə çağırıb.

“Sizi təxminən 50 ildir əzən rejim bizim ölkəmizi, İsrail dövlətini məhv etməklə hədələyir. İrana qarşı hücumların məqsədi rejimin nüvə və ballistik raket təhdidini dəf etməkdir”, – o deyib.

Baş nazir iddia edib ki, həyata keçirilən əməliyyatı çərçivəsində İranın yüksək rütbəli hərbi komandirləri, yüksək səviyyəli nüvə alimləri, uranın zənginləşdirilməsi üzrə ən əhəmiyyətli obyekt və ballistik raket arsenalının böyük hissəsi məhv edilib.

“Daha çoxu hələ qarşıdadır. İran rejimi onlara nəyin zərbə endirdiyini və ya nəyin zərbə endirəcəyini bilmir,” – “X” sosial şəbəkəsində edilmiş paylaşımda deyilir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button