Netanyahu: İranın Xəzər dənizindəki bütün donanması məhv edilib

İranın Xəzər dənizindəki bütün donanması məhv edilib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu ölümü barədə yayılan şayiələrə qısa cavab verib: “Mən sağam”.
“İsrail və ABŞ bütün Yaxın Şərqi və cəsarətlə deyə bilərəm ki, bütün dünyanı müdafiə edir” – Netanyahu deyib.
Onun sözlərinə görə, İran artıq uranı zənginləşdirə və ballistik raketlər istehsal edə bilmir.
“İran ən zəif dövrünü yaşayır. İsrail isə əksinə, dünyada güc mərkəzlərindən birinə çevrilib” – Netanyahu qeyd edib.
Polise.az



