Netanyahu: İranla qarşıdurma davam edir

İsrailin Baş naziri Benyamin Netanyahu İranla qarşıdurmanın hələ başa çatmadığını və istənilən an yeni hadisələrin baş verə biləcəyini bildirib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, baş nazir bu fikirləri Qüds şəhərində Argentina prezidenti Xavyer Miley ilə birgə çıxışı zamanı səsləndirib.

Məlumata görə, Netanyahu İsrailin qarşıdurmada qarşıya qoyduğu məqsədlərə nail olmaq niyyətində olduğunu vurğulayıb və vəziyyəti ciddi çağırışlar dövrü kimi qiymətləndirib. Onun sözlərinə görə, müəyyən nəticələr əldə olunsa da, proses hələ yekunlaşmayıb.

Netanyahu əlavə edib ki, regionda vəziyyət dəyişkən olaraq qalır və yaxın günlərdə hansı hadisələrin baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button