Netanyahu Qəzza razılaşmasını təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsinə dair razılaşmaları təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırdığını açıqlayıb.
Polise.az xəbər verir ki, Netanyahu İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidmətlərinin əməkdaşlarına göstərdikləri şücaətə görə təşəkkür edib.
“İsrail üçün böyük gündür. Sabah hökuməti çağıracağam ki, razılaşmanı təsdiqləyək və bütün sevimli girovlarımızı evə qaytaraq. Allahın köməyi ilə məqsədlərimizə çatmağa və qonşularımızla sülh dairəsini genişləndirməyə davam edəcəyik”, – o deyib.
Netanyahu həmçinin ABŞ Prezidenti Donald Trampa da razılaşmanın hazırlanmasında göstərdiyi dəstək üçün minnətdarlığını ifadə edib.
Polise.az



