Netanyahu “Qəzzada qələbə” vəd etdi

Əməliyyatın bir-biri ilə əlaqəli iki məqsədi var. Bunlar “HƏMAS”ın məhvi və girovların azadlığına nazir olmaqdır. Biz hər ikisinə nail olacağıq.
Teleqraf “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu etdiyi videomüraciətdə deyib.
O, “Qəzza zolağında qələbə qazanacaqlarını” bildirib, lakin Dohada atəşkəslə bağlı davam edən danışıqlara toxunmayıb.
Netanyahu həmçinin qeyd edib ki, İsrail “terrorçuların və oxşar elementlərin (İsrail ərazisinə – red.) sızmasının qarşısını almaq üçün Colan təpələrindən Eylata qədər İordan çayı boyunca sədd yaradacaq”.
Polise.az