Netanyahu Trampdan İrana qarşı fəaliyyət azadlığı istəyir

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında aparılan danışıqların təkcə nüvə məsələsi ilə məhdudlaşmadığından, Tehranın raket və nüvə proqramlarına qoyulan məhdudiyyətlər və rejimin proksi qüvvələrə verdiyi dəstəyi də əhatə etdiyinə əmin olmaq istəyir.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ABŞ-yə səfərini şərh edən “Ynet” bildirib.

Nəşrin yazdığına görə, Netanyahu ondan narahatdır ki, ABŞ kifayət qədər möhkəm olmayan nüvə sazişi ilə razılaşsa, İsrail İrana qarşı müstəqil hərbi əməliyyat aparmaq və yaranan təhlükəni aradan qaldırmaq imkanını itirə bilər. Buna görə də, ehtimal edilir ki, Baş nazir Netanyahu Prezident Donald Trampla danışıqlarda İsrailə İrana qarşı fəaliyyət azadlığının verilməsini tələb edəcək.

Bununla belə, “Ynet”in məlumatına əsasən, amerikalıların iranlılarla apardığı danışıqlar çox sərt xarakter daşıyır, hətta əvvəlkindən də sərt. İsrail ABŞ-nin sərt mövqeyini həm Ağ Evin bəyanatlarında, həm də Yaxın Şərqə göndərilən iri həcmdə yük təyyarələri və hərbi nəqliyyat donanmasında açıq şəkildə hiss edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button