Netanyahudan Makrona sərt cavab: Terror təşkilatını dəstəkləyən tutuquşu…

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Fransa Prezidenti Emmanuel Makronun Qəzza zolağı ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Teleqraf xəbər verir ki, qurum Fransa liderini terror təşkilatını (HƏMAS) dəstəkləməkdə ittiham edib.
Bəyanatda deyilir: “Makron bir daha qatil terror təşkilatının yanında durmağı və onun yalançı təbliğatını tutuquşu kimi təkrarlamağı seçdi və İsrailə qanlı böhtan atdı”.
Bəyanatın davamı belədir: “Terror təşkilatlarına qarşı mübarizə aparan Qərb demokratik düşərgəsini dəstəkləmək və girovların azad edilməsini tələb etmək əvəzinə, Makron bir daha İsraildən təslim olmasını tələb edir və terroru mükafatlandırır. İsrail dayanmayacaq və təslim olmayacaq”.
Qeyd edilir ki, Baş nazir Netanyahu İsrailin bütün müharibə məqsədlərinə nail olmaqda qərarlıdır: bütün girovlarımızın azad edilməsi, HƏMAS-ın məğlub edilməsi və Qəzzanın İsrail üçün daha təhlükə yaratmayacağına dair vəd.
Bəyanat Makronun Netanyahu hökumətinin Qəzzada apardığı əməliyyatları “qəbuledilməz və utancverici” adlandırmasından sonra gəlib.
Polise.az