Netanyahunu Bakıya gətirən iki səbəb: Beş günlük səfərin təfərrüatı bəlli oldu

İsrail Baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS-la müharibə başlayandan bəri ilk dəfə olaraq bir müsəlman ölkəsinə (Azərbaycan) rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, səfər mayın 7-də başlayacaq, ayın 11-dək davam edəcək.

Müharibə başlayandan bəri Netanyahu yalnız ABŞ və Macarıstanda olub. İsrailli analitiklərin fikrincə, müharibə dövründə bir liderin ölkədən kənara çıxması yalnız vacib hallarda baş verir, bu baxımdan Azərbaycanın ziyarəti zəruri hesab olunur.

“The Times of Israel”in məlumatına görə, Baş nazirin Bakıya səfəri zamanı iki əsas məsələ diqqət mərkəzində olacaq: Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçiliyi və İbrahim sazişlərinin (Azərbaycanın qoşulması ilə) genişləndirilməsi.

Qeyd olunur ki, İsrail Türkiyə ilə Suriyada mümkün qarşıdurmadan yayınmağa çalışır. Həmçinin Təl-Əviv istəyir ki, Azərbaycan da İbrahim sazişlərinə qoşulsun. Mənbə vurğulayır ki, bu ideya İsrail, ABŞ və Azərbaycan rəsmiləri arasında ciddi müzakirə mövzusuna çevrilib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button