Netanyahunun ofisi açıqladı: Türkiyə nəzarət edəcək

Türkiyə və Qətər Qəzza razılaşmasının icrasının nəzarətinə və ölənlərin cəsədlərinin axtarışına dair beynəlxalq missiyada iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman məlumat verib.
“Türkiyə və Qətər beynəlxalq missiyaya qoşulacaq — razılaşmanın icrasının nəzarəti və cəsədlərin axtarışı üçün”, – Hendelman özünün Teleqram kanalında yazıb.
Polise.az



