Niderland parlamenti Azərbaycan əleyhinə 26 qətnamə qəbul edib

Niderland parlamentində 2020-ci ilin oktyabrından 2024-cü ilin may ayına kimi Azərbaycan əleyhinə 26 təxribat xarakterli qətnamə qəbul edilib.

Bunu “Report”a müsahibəsində Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev deyib.

“Niderland hökumətinə oxşar ruhda 200-dən çox sual ünvanlanıb. Bu ölkənin parlamentində heç bir ölkə Azərbaycan qədər “diqqət” görmür”, – o bildirib.

Səfirin sözlərinə görə, sorğular Ermənistan tərəfindən formalaşdırılır: “İrəvan bir qayda olaraq xristian və ya ifrat sağçı partiyaları təmsil edən holland deputatlardan Azərbaycanı “qınamağı”, “məkrli və yaxşı silahlanmış” müsəlman Azərbaycanı ilə qarşıdurmada “əzabkeş xristian Ermənistanı”nı dəstəkləməyi xahiş edir. Qeyd edim ki, deputatların əksəriyyəti Azərbaycanofobiya virusuna o qədər yoluxub ki, onları çox da dilə tutmaq lazım gəlmir – bu deputatlar ölkəmizə hücum etmək üçün hər cür bəhanədən istifadə etməyə hazırdırlar”.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button