Niderland Ukraynaya “F-16” qırıcıları göndərir
![](/wp-content/uploads/2024/07/c6cc5fb0-f386-3225-b1b0-17134b43f586_850-780x470.jpg)
Niderland Ukraynaya 24 ədəd “F-16” qırıcısı ixrac edəcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib.
İxracla bağlı qərar iyunun 19-da verilib.
Bununla yanaşı, Ukraynaya yeddi “F-16” təyyarə mühərriki ixrac ediləcək.
Qeyd edək ki, ukraynalı pilotlar ötən ildən bir neçə ölkədə F-16-ları idarə etmək üçün təlimləri davam etdirirlər. Ukrayna bu yay ilk qırıcıları qəbul etməlidir.
Polise.az