Nikol Paşinyan: Qarabağ Azərbaycanın bir hissəsidir
Qarabağ Azərbaycanın bir hissəsidir və Ermənistan cəmiyyətində Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışı yanlış başa düşülürdü.
Polise.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib.
“Qarabağ Azərbaycanın bir hissəsidir, lakin erməni reallığında bütün bunlar səhv başa düşülürdü, çünki Ermənistan ictimaiyyətinin 1996-cı ildən Lissabon sənədinə çıxışı yoxdur”, – o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını Qarabağla bağlı aldadıb və çaşdırıb: “Qarabağla bağlı bütün həqiqət məhz budur”.
Polise.az