Nikol Putinin dəstəyini buna görə itirdi, Əliyev isə… – Krutakov
Bakının belə sürətli qələbəsini gözləmirdim.
Bu sözləri Axar.az-a rusiyalı mütəxəssis, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Leonid Krutakov 44 günlük müharibənin başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.
Ekspert müharibənin başladığından media vasitəsilə xəbər tutduğunu bildirib:
“İrəvanda hakimiyyət dəyişikliyindən və Paşinyanın Putinin Köçəryanla bağlı xahişinə açıq şəkildə məhəl qoymamasından sonra Ermənistanın Moskvanın birbaşa və qeyd-şərtsiz dəstəyini itirdiyi aydın idi. Tarazlıq vəziyyəti pozuldu və maraqlı tərəflərin Qarabağ məsələsini yenidən gündəmə qaytaracağı gözlənilirdi. İlham Əliyev mövcud vəziyyətdən mükəmməl şəkildə istifadə etdi: Moskvanın məsələdən uzaqlaşdırılmasına və Ankaranın dəstəyinə nail oldu. Bakının belə sürətli qələbəsini gözləmirdim. Bu, erməni ordusunun mənəvi və hərbi tənəzzülünün, Ermənistanın yeni rəhbərliyində siyasi iradənin olmamasının sübutu idi”, – deyə mütəxəssis bildirib.