Nikolun bu savaşı Ermənistan dövlətini bitirəcək – Qriqoryants
Ermənistanda ordu çevrilişlə məşğul olmur. Düşünürəm ki, Baş Qərargah rəisi bütün komandirlər adından öz fikrini ifadə edib.
Bunu Ermənistanın keçmiş müdafiə naziri Norat Ter-Qriqoryants deyib.
“Paşinyan zabitləri vəzifəsindən azad etməyə davam edir. Bu isə ordu üçün təhqirdir. O, həmçinin ordunun avtoritetini ayaqlar altına atıb. Onun gələcək fəaliyyəti dövlətin itirilməsi ilə nəticələnə bilər”, – deyə o bildirib.