Növbəti tədris ili üçün hazırlanan dərsliklərin siyahısı açıqlandı – RƏSMİ

Təhsil İnstitutu (ARTİ) 2026-2027-ci tədris ili üçün hazırladığı dərsliklərin siyahısını açıqlayıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.

Məlumata görə, kütləvi istifadəyə veriləcək dərsliklər sırasında 4-cü sinif üçün “Həyat bilgisi”, 7-ci sinif üçün “Azərbaycan dili” (tədris və dövlət dili), “Riyaziyyat” və “İngilis dili” , 8-ci sinif üçün “Coğrafiya”, 9-cu sinif üçün isə “Biologiya”, “Kimya” və “Fizika” dərslikləri yer alıb.

Bununla yanaşı, bəzi dərsliklərin pilot tətbiqi nəzərdə tutulub. Bunlar 8-ci sinif üçün “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “İngilis dili”, 9-cu sinif üçün “Coğrafiya” dərsliyidir.

Qeyd edək ki, bu həftə tədris ilinin son həftəsidir. Dövlət ümumi təhsil müəssisələrində 13 iyun “Son zəng” tədbiri keçiriləcək.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button