Novxanıda evdən pul və tüfəng oğurlanıb

Abşeron Rayon Polis İdarəsinə Novxanı kəndi ərazisindəki evlərin birindən 10.000 manat pul, sənəd olan seyf və 1 ədəd “Winchester” markalı ov tüfənginin oğurlanması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əhmədov müəyyən edilərək saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Hamısını Göstər

Related Articles

Back to top button