Numan Kurtulmuş: Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə mükəmməl səviyyədədir

Azərbaycanla əlaqələrimiz bütün sahələrdə mükəmməl səviyyədədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. TBMM sədri əlavə edib ki, iki ölkə arasında dostluq və qardaşlıqdan da çox-çox irəlidə gözəl əlaqələr mövcuddur.

“Bu əlaqələrin təcrübədə də nəticələr verdiyini görürük. Azərbaycan və Türkiyə əl-ələ verərək, sadəcə, iki dövlətin deyil, 300 milyonluq Türk dünyasının da yenidən güclü şəkildə ayağa qalxması üçün öndəgedən olacaqlar”, – deyə Numan Kurtulmuş bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button