Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir

Beynəlxalq sistem işləmir.

“Polise.az” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”ün efirində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün dünyanın fərqli regionlarında baş verən hadisələr də bunu göstərir.

N.Kurtulmuş söyləyib ki, bu gün bəzi dövlətlərin riyakar addımlarının əsas səbəblərindən biri də məhz beynəlxalq sistemin fəaliyyətsizliyidir.

TBMM sədrinin sözlərinə görə, hazırda bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir: “İndi regionda terror dövləti yaratmaq istəyənlərin əsas məqsədi Türkiyədəki sabitliyə mane olmaqdır. Biz gözüaçıq olmalıyıq”.

N.Kurtulmuş Yaxın Şərqdəki müharibənin genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır. Həmrəylik nəticəsində müharibənin genişlənməsinə mane ola bilərik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button