Obama Harrisi dəstəkləyəcək

ABŞ-nin keçmiş prezidenti Barak Obama seçkilərdə Demokratlardan prezidentliyə namizəd kimi vitse-prezident Kamala Harrisi dəstəkləmək niyyətindədir.

“AzPolitika” xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Xəbərdə iddia olunur ki, Obama özəl olaraq Harrisi tam dəstəkləyir və onunla müntəzəm əlaqə saxlayır. Bundan əlavə, Obama və Harrisin köməkçiləri onların seçki kampaniyasında birlikdə görünmə ehtimalını müzakirə ediblər. Lakin bununla bağlı tarix hələ məlum deyil.

NBC News qeyd edib ki, Obama ABŞ-də Harrisi hələ də rəsmən dəstəkləməyən bir neçə yüksək rütbəli demokratlardan biridir. Müzakirələrlə tanış olan mənbə Obamanın bununla prezident Co Baydenin fəaliyyətinə kölgə salmaq istəmədiyini qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button