Odessada “Lotu Quli”nin adamını güllələyiblər -ölən də, qatil də azərbaycanlıdır

Odessada “Arena” adlanan bilyard klubunda güllələnərək öldürülən Nazir Əliyevin mərhum kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın adamı olduğu bildirilir.

Dumskaya.net saytına istinadla xəbər verilir ki, şəhər prokurorluğundakı mənbə N.Əliyevin il yarım öncə Türkiyədə Quli öldürülən zaman onun yanında olduğunu bildirib. 

Mənbə deyib ki, söhbət cinayətkar aləmin daxilində nüfuz dairəsinin bölünməsi uğrunda gedən “oğru savaşı”ndan gedir. 

Nazir Əliyevi qətlə yetirən şəxsin onun öz həmyerlisi Şöhrəddin Quliyev olduğu qeyd edilib. Bildirilir ki, Ş.Quliyev bilyard zalına daxil olub və dərhal atəş açmağa başlayıb. 

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıblar və təhqiqata başlayıblar.

Hamısını Göstər

Related Articles

Back to top button