Oğuzda ictimai nəqliyyatda yoxlamalar keçirilib, 20-yə yaxın şəxs barəsində tədbir görülüb

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatda bəzi sərnişin və sürücülərin tibbi maskadan istifadə etmədiyi, qaydalara biganə yanaşdığı aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb, ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırılıblar.

Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər də yol polisi əməkdaşları tərəfindən müəyyən edilib, pandemiya dövrünün tələbləri bir daha onların diqqətinə çatıdırlıb.

Yoxlamalar zamanı ümumilikdə qaydaları pozan 20-yə yaxın şəxs barəsində intizam tənbeh tədbiri görülüb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button