Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun Xaçmaz kənd sakini Adıgözəl Bilalov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Adıgözəl Bilalov barəsində Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.