Oğuzda mal-qara oğurlayan qardaşlar saxlanılıb

İyul ayı ərzində Oğuz rayonu Bucaq və Kərimli kəndləri ərazisində vətəndaşlara  məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında cinayət əməlini törədən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər də analoji cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Elman və Tariyel İsmayılov qardaşları saxlanılıb.

Araşdırma zamanı qardaşların icarəyə götürdükləri “Renault” markalı avtomobillə bir neçə dəfə Oğuz rayonuna gəldikləri, burada məqsədlərinə nail olduqdan sonra oğurladıqları heyvanları Bərdə rayonunda satdıqları məlum olub. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib, iki baş xırdabuynuzlu heyvan isə onların yaşadıqları evin həyətyanı sahəsindən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Oğuz Rayon Polis  Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sinxron-Elman İsmayılov ( saxlanılan şəxs )

Sinxron-Tariyel İsmayılov (saxlanılan şəxs )

Sinxron –Tofiq Adıgözəlov ( zərərçəkən )

Hamısını Göstər

Related Articles

Back to top button
Close