Ohanyan Şuşa döyüşlərindən danışdı: Mühasirəyə düşdük

Şuşanın müdafiəsinə mən rəhbərlik etməmişəm.

Bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan erməni mətbuatına müsahibəsində deyib.

Ohanyan Şuşaya könüllü getdiyini və ordu komandanlığı ilə əlaqə yaratmadığnı bildirib:

“Mən Şuşada milis dəstələrinin formalaşdırılmasına yardım edirdim. Orada 16 nəfər idik və böyükləri də mən idim. Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə düşdük. Məhz keçmiş köməkçilərimin sayəsində biz ordan çıxa bildik”.

Ohanyan Şuşadan qaçmadığını da iddia edib:

“Əsgərlər bir neçə dəfə məni şəhərdən aparmaq üçün təklif etdi. Amma mən qalmağa qərar verdim. Daha sonra düşmən mənim olduğum müşahidə məntəqəsini aşkar etdi, o zaman çıxmağa qərar verdim. Noyabrın 6-sı biz ordan getdik”.

Hamısını Göstər

Related Articles

Back to top button