Olaf Şols: Almaniya bu il Ukraynaya yardım üçün 7 milyard avrodan çox vəsait xərcləyəcək
Almaniya 2024-cü ildə Ukraynaya yardım üçün 7 milyard avrodan çox vəsait xərcləyəcək. Avropalı müttəfiqlər Kiyevə dəstəyi artırmalıdır.
AZƏRTAC Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu bəyanatla Almaniya kansleri Olaf Şols məlumat verib.
Kanslerin qeyd etdiyi kimi, Berlin hazırda Kiyevə bütün Avropa ölkələrinin ümumi hərbi yardımının yarıdan çoxunu verməsi qəbuledilməzdir.
Qeyd edək ki, Almaniya Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın əsas müttəfiqlərindən biridir. Berlin təkcə siyasi və maliyyə deyil, həm də hərbi dəstək verir. Tammiqyaslı müharibə başlayandan Almaniya bir neçə növ artilleriya, köhnə və yeni modifikasiyalı “Leopard” tankları, IRIS-T və “Patriot” hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, nəqliyyat vasitələri, pilotsuz uçuş aparatları və digər növ silahlar təqdim edib.
Polise.az