Oleksiy Buryaçenko: Azərbaycanın COP29-a ev sahibliyi etməsi geosiyasi hadisədir

Azərbaycanın 2024-cü ildə COP29 iqlim sammitinə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko söyləyib.

Ukraynalı ekspert bildirib ki, həm Bolqarıstanla, həm də Ermənistanla razılığa gəlinməsinə müvəffəq olunması böyük siyasi uğurdur.

“Bolqarıstan Azərbaycanın xeyrinə ərizəsini geri götürdü. Bundan sonra doğrudan da diplomatik sıçrayış baş verdi. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması nəticəsində Ermənistan da öz ərizəsini Azərbaycanın xeyrinə geri götürdü. Bu, geosiyasi əhəmiyyət kəsb edən hadisədir”, – deyə O.Buryaçenko əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın işi asan olmayacaq, çünki adətən bu cür nüfuzlu beynəlxalq tədbirlərə bir il ərzində elə hazırlaşmaq lazımdır ki, çoxlu sayda nümayəndələr iştirak edə bilsin. “Amma mən Azərbaycanın bu işin öhdəsindən gələcəyinə dərindən əminəm. Azərbaycanın belə bir mötəbər tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün resursları, imkanları var”, – deyə ukraynalı ekspert vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button