Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdiyi sonuncu əməliyyat zamanı 60 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən  Polise.az–a verilən məlumata görə, Abşeron rayonu ərazisində keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 1994-cü il təvəllüdlü Ülvi Məmmədov saxlanılıb.

Ondan 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 1 elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin İran vətəndaşı “Hacı” adlı şəxs tərəfindən Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə göndərildiyini və Sabunçu rayonunda əldə etdiyini bildirib.

Ü.Məmmədovun narkotiklərin qalan hissəsini Abşeron rayonu ərazisində gizlətdiyini qeyd edib. Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-texniki tədbirlər zamanı narkotikləri gizlədilən yerdən götürən 2001-ci il təvəllüdlü İlkin Müseyibov da tutulub. Ondan narkotiklərin qalan hissəsi – 28 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Saxlanılanlar ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button