Ombudsmandan SON DƏQİQƏ açıqlamaları

Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edən Ombudsman Səbinə Əliyeva ölkəmizin dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malik olduğunu bildirib.

Polise.az-ın xəbərinə görə, o deyib ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir.

Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.

Səbinə Əliyeva Vətən müharibəsi nəticəsində əldə edilmiş Zəfərin 5-ci ildönümünün ölkədə suverenliyin və ərazi bütövlüyünün bərpasını simvollaşdırdığını vurğulayıb.

Ombudsman Qarabağ və Şərqi Zəngəzurda məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və dini abidələrin bərpası ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

O bildirib ki, işğal dövründə erməni vandalları tərəfindən məscidlər, kilsələr, sinaqoqlar və qəbiristanlıqlar dağıdılıb, minalanıb.

Səbinə Əliyeva əlavə edib ki, Ombudsman təsisatı tərəfindən həmin faktlar aidiyyəti hesabatlarda dünya ictimaiyyətinə və dini icmalara çatdırılıb.

Səbinə Əliyeva vurğulayıb ki, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və dini icmalarla əməkdaşlıq edərək insan hüquqları, dini tolerantlıq, multikulturalizm və vicdan azadlığının təbliği sahəsində davamlı maarifləndirmə tədbirləri həyata keçirir.

Ombudsman həmçinin Prezident İlham Əliyevin müdrik hərbi-diplomatik siyasəti nəticəsində regionda sülh və insan hüquqlarının inkişafı istiqamətində mühüm addımların atıldığını bildirib.\Etibar Seyidağa, Musavat.com\

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button