Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlıdır.
Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında 4 Yanvar – Ümumdünya Brayl Əlifbası Günü ilə əlaqədar görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə “İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm” adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən, görmə qabiliyyəti tam məhdud şəxslərin yaşadığı və təhsil aldığı xüsusi müəssisələrin sakinləri və bu kateqoriyadan olan digər şəxslər üçün nəzərdə tutulmuş vəsaitdə müvəkkilin mandatı, səlahiyyətləri, Milli Preventiv Mexanizm fəaliyyəti, eləcə də ombudsmana müraciət üsulları barədə məlumatlar qeyd olunub.
Qeyd edək ki, görmə qabiliyyəti məhdud şəxslərin hüquq və azadlıqlarının təminatı, onların zəruri vəsaitlərlə təmin olunması daim diqqət mərkəzindədir.
Polise.az