Ömer Çelik: Aİ heç vaxt Kipr məsələsində vasitəçi ola bilməz

Kipr Administrasiyasının Avropa İttifaqına (Aİ) müvəqqəti sədrliyi qəbul edərkən Şimali Kipr Türk Respublikasına qarşı istifadə etdiyi “işğal” və “ilhaq” ifadələri tamamilə qeyri-qanunidir.
“Polise.az” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib.
“Əsl işğal və ilhaq 1963-cü ildə yunan tərəfinin Kipr türklərinin hüquqlarını əllərindən alması ilə başlayıb” , – sözçü qeyd edib.
Onun sözlərinə görə, Aİ-nin Yunanıstan və Cənubi Kiprin marginal tezislərinə əsir olması, birliyi qlobal bir güc olmaqdan çıxarıb. “Aİ Kipr məsələsində tərəfsiz deyil, buna görə də heç vaxt vasitəçi ola bilməz” , – Ö.Çelik vurğulayıb.
Polise.az



