“Onların qohumlarını öldürəcəyik!” – Kadırov “vəhhabilər”lə bağlı göstəriş verib

Dağıstandakı məlum terror aktlarından sonra qonşu Çeçenistanda təhlükəsizlik tədbirləri gücləndirilib.

“AzPolitika” xəbər verir ki, Rusiyanın “Meduza” kanalının məlumatına görə, Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşündə, lazım gələrsə, “vəhhabilik”də şübhəli bilinən çeçenlərin qohumlarının öldürüləcəyi ilə hədələyib.

Görüşə aid video Kadırovun “telegram” kanalında yayımlanıb. Jurnalistlərin tərcüməsinə görə, Kadırov bunları deyib: “Əgər (şübhəli şəxs) şeytanlarla əlaqədədirsə, onun bütün ailəsi cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür… Və kim öz qardaşına əl qaldırırsa, başa düşməlidir ki, qan davası ilə hamını öldürəcəyik – ata, qardaş, əmi…

Çeçen xalqına müraciət edirəm – “vəhhabiliyin”əlamətlərini hamınız bilirsiniz, görsəniz dərhal yerli polisə məlumat verin. Səni də, oğlunu da, qardaşını da sonradan öldürməkdənsə, onun qarşısını vaxtında alsaq, daha yaxşı olar”.

Çeçenistan müxalifətinin teleqram kanallarıxəbər verir ki, iyunun 24-dən etibarən Çeçenistanda Dağıstandakı terror aktları ilə bağlı reydlər keçirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button