Oqtay Qasımov:Azərbaycan 35 illik seperatizmin kökünü heç bir dəstək olmadan öz gücü ilə kəsdi

“Münxen Təhkükəsizlik Konfransında Azərbaycanın iştirakı və burada keçirilən çoxsaylı görüşlər və münasibətlər əlbəttə ki, uğurdan xəbər verir”.

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:

“Belə ki, Azərbaycan özünün irəli sürdüyü gündəliyi qəbul etdirməyə müvəffəq oldu.  Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, birbaşa formata keçirilməsi məsələsində vasitəçilərə gərək olmadığı fikri artıq qəbul olunmaqdadır. Almaniya kanslerinin təşəbbüsü ilə keçirilən görüş bunu sübut etdi. Bundan başqa artıq bir çox dövlətlərin  Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması məsələsinin digər ölkələrlə ikitərəfli münasibətlərə təsir etməməsi, əlaqələndirilməməsi ilə bağlı təklifləri artıq müəyyən qədər müsbət qarşıladığını söyləyə bilərik. Azərbaycanın proseslərdə iştirakı və dünya dövlətləri tərəfindən yaratdığı yeni reallıqların qəbul edilməsi kifayət qədər ciddi uğurdur. Azərbaycan 35 illik seperatizmin kökünü heç bir dəstək olmadan öz gücü ilə kəsdi və bu məsələni birdəfəlik həll etdi ki, bu da bütün hallarda Azərbaycanı sevən, yaxud sevməyən bütün dövlətlər tərəfindən bir fakt olaraq qəbul olunmaqdadır. Digər tərəfdən Azərbaycanın önəmi artır. Həm  Avropanın eneji təminatı ilə bağlı etibarlı tərəfdaş statusuna malikdir, həm Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçdiyi və Azərbaycanın bu nəqliyyat qovşağından istifadə etdiyi, öz ərazisində müasir infrastukturu qurduğundan bunun qlobal səviyyədə verdiyi töhfələr də qəbul olunmaqdadır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan diplomatiyası Münxendə kifayət qədər uğurlu bir fəaliyyət ortaya qoydu və müəyyən nəticələr də əldə olundu. Bu baxımdan bu prosesi uğurlu hesab etmək olar”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button