Orban: “Tramp Yaxın Şərqdə sülhə nail oldu, indi növbə Avropanındır”

Macarıstanın baş naziri Viktor Orban Qəzzada atəşkəsin əldə olunması və sülh sazişinin imzalanmasından sonra Avropada da sülh prosesinə başlanılmalı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Orban Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza sammitindən sonra “X” platformasında paylaşım edib.
O, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib
“Silahlar susub, girovlar azad olunub və Yaxın Şərqdə çoxdan gözlənilən sülh bərqərar olub. Bunu prezident Donald Tramp bacardı! İndi növbə Avropadadır” – nazir yazıb.
Macarıstan lideri qeyd edib ki, Trampın uğuru danışıqların əhəmiyyətini bir daha sübut edir, Avropalılar da Trampın nümunəsindən ibrət götürməlidir.
Polise.az



