Orban Trampın andiçməsini gözləyir, sonra bir qərar verəcək
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinə bildirib ki, o, yanvarın 20-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini gözləmək və yalnız bundan sonra Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılması ilə bağlı qərar qəbul etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə cümə axşamı “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Avropa İttifaqı Rusiyaya qarşı 15 sanksiya paketi təqdim edib və bu paketlər hər altı aydan bir yenilənməlidir. Növbəti dəfə bu, yanvarın sonunda, Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından 11 gün sonra ediləcək. “Bloomberg” qeyd edir ki, məhdudiyyətlərin uzadılması üçün 27 Aİ ölkəsinin yekdil qərarı tələb olunur və Orban veto edə bilər.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, cümə axşamı günü Aİ sammitinin sonunda Macarıstanın baş naziri sanksiyaları uzatmağa hazır olmadığını deyərək “həmkarlarını təəccübləndirib”.
Polise.az