Ordumuz Ermənistan ərazisinə girə bilər

Ermənistan Baş naziri Nikol Paşinyanın baş nazirlik dönəminin “uğurları” sırasında Azərbaycanla razılaşmalar nəticəsində atəşkəsin daha ciddi qorunmasını qeyd edirdilər. Ancaq indi ən neytral erməni ekspertləri də deyirlər ki, bundan sonrakı dövr Paşinyan üçün çox çətin olacaq.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Real TV-nin “Real İntervu” proqramında qonaq olarkən deyib.

Zahid Oruc bildirib ki, Tovuz təxribatından sonra Ordumuzun Ermənistan ərazisinə daxil olmaq hüququ var:

“Türkiyə bu gün Suriyada mühüm əməliyyatlar həyata keçirir. Bunun adı belə qoyulur: “sərhəd bölgələrində əhalinin təhlükəsizliyinin təminatı” və “təhlükəsizlik qurşağının yaradılması”.

Azərbaycan Ordusunun da sərhəd boyunca ərazimizi qoruyarkən tamamilə hüququ var ki, həmin lokal ərazilərə keçid eləsin. Ordumuz əhalinin təhlükəsizliyinin təminatı üçün Tovuz, Qazax və hər hansı bir nöqtədən qarşı əraziyə keçid edib möhkəmlənə bilər. Bu proseslər dönəmində Azərbaycanın buna yetərincə hüququ var”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button