Ordumuzdan düşmənə sarsıdıcı zərbə: Komanda idarəetmə məntəqəsi və atəş nöqtələri məhv edildi

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin iki artilleriya qurğusu, iki BM-21 “Qrad”, bir komanda qərargah maşını, bir komanda idarəetmə məntəqəsi, iki yük maşını, bir tank və bir neçə atəş nöqtəsi məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button