Ortaq əlifba türk dövlətlərinin əməkdaşlığına töhfə verəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türk dövlətlərinin qəbul etdiyi ortaq əlifbanın sözügedən ölkələr arasında əməkdaşlığı yüksəldəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş diplomatı BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında söyləyib.

Nazir Ceyhun Bayramov çıxışında Təşkilatın təsis sənədi olan Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümündə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsinin, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinin və TDT-nın beynəlxalq aləmdə strateji əhəmiyyətinin artmasının şahidi olmaqdan qürur duyduğunu qeyd edib.

Çıxışda bu gün TDT çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, tibb, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları, gənclər və idman, eləcə də digər sahələrdə əməkdaşlığın uğurlu inkişafı qeyd olunub.

Ceyhun Bayramov Təşkilatın hazırkı inkişaf dinamikası, o cümlədən onun günü-gündən artan beynəlxalq nüfuzunun TDT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi, funksional imkanlarının daha da genişləndirilməsi zərurətinə vurğu etdiyini bildirib.

XİN başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə illik sammitlərin sayının birdən ikiyə artırılmasının Təşkilatın çərçivəsində əməkdaşlıq imkanların müzakirəsi üçün vacib platforma yaratdığını vurğulayıb.

Bu il Təşkilatın Şuşa şəhərində qeyri-rəsmi zirvə görüşünün təşkili ilə TDT çərçivəsində əməkdaşlığın yeni təkan aldığı və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin Türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.

Türk Akademiyasının təşəbbüsü ilə ortaq əlifbanın yaradılması işinin uğurla başa çatmasından məmnunluq və 2024-cü il sentyabrın 11-də rəsmi olaraq qəbul edilən yeni ortaq türk əlifbasının əməkdaşlığımızı əhəmiyyətli dərəcədə yüksəldəcəyinə dair əminlik ifadə olunub.

17:13

Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Türkiyə XİN rəhbəri Hakan Fidan qeyri-rəsmi iclasda iştirak edib.

Azərbaycanı iclasda xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

10:27

Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı və G20 xarici işlər nazirlərinin iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Eyni zamanda qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Qəzza Təmas Qrupu xarici işlər nazirlərinin BMT Baş katibi Antonio Qutterreşlə görüşü gözlənilir.

Bildirilib ki, toplantılar BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçiriləcək.

Polıse.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button