Ötən gün 41 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avqustun 4-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 41 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb, yabanı halda bitmiş çəkisi 4,2 ton olan 6 min 124 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button