Ötən gün 54 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqrama yaxın heroin, 41,6 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq tiryək və metamfetamin, həmçinin 240 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button