Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Yanvarın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan iki avtomat, 1 tapança, 2 müxtəlif markalı tüfəng, 2 patron darağı və 23 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirirlər.

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat, 1 tapança, 1 qumbara, 5 müxtəlif markalı tüfəng, 5 patron darağı və 284 müxtəlif çaplı patronu təhvil götürüblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button