Ötən gün bank kartlarından oğurlanan pulların məbləği məlum oldu

Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır.

Bu barədə  Polise.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 340, 100, 36 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button